|
|
|
|

ABŞ-nin “Delta Airlines” aviaşirkətinə məxsus, Solt-Leyk-Sitidən Amsterdam istiqamətində hərəkət edən sərnişin təyyarəsi güclü türbülans düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə təyyarə Minneapolisə – Saint Paul Beynəlxalq Hava Limanına təcili eniş edib. Daha sonra hava limanının yanğınsöndürən və təcili tibbi yardım qrupları sərnişinlərə və ekipaja yardım ediblər. Hadisə nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.
Təyyarədə uçuş zamanı nə qədər şəxs olduğu açıqlanmasa da, “Airbus” şirkətinə məxsus A330-900 tipli təyyarələr maksimum 465 sərnişin daşıma qabiliyyətinə malikdir.
Ləman İlkin



