|
|
|
|

ABŞ-ın Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinə aid olan F-35 tipli qırıcı təyyarəsi qəzaya uğrayıb.
525.az CNN-ə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 18:30 radələrində, Lemoore Hərbi Dəniz Hava Bazası yaxınlığında yerə çırpılıb. Buna baxmayaraq, pilot fırlatma sistemi vasitəsilə təyyarədən təhlükəsiz şəkildə çıxmağı bacarıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Hadisə yerindən yayılan görüntülərdə, təyyarənin düşdüyü açıq ərazidə alov və qalın tüstünün yüksəldiyi müşahidə olunub.
Qeyd edək ki, yanvar ayında da ABŞ-ın Alyaska ştatında bir F-35 təyyarəsi qəzaya uğramış, həmin hadisədə də pilot xəsarət almadan xilas olmuşdu.
Ləman İlkin



