|
|
|
|

Braziliyalı jurnalist canlı yayım zamanı çətin duruma düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli "Band" telekanalının reportyoru Klara Neri telefonla canlı bağlantı zamanı naməlum şəxsin hücumuna məruz qalıb.
Belə ki, motosikletçi jurnalistin yanından keçərək onun telefonunu əlindən alıb. Baş verənlər hamısı canlı yayımda əks olunub. Bir neçə sonra bağlantı kəsilib və sonra məlum olub ki, oğru bir qədər aralıda telefonu əlindən salıb.
Qeyd edək ki, hadisə yerinə dərhal polis naryadı çağırılıb. Naməlum şəxsin axtarışları hələ ki, bir nəticə verməyib.
L.Tağıyeva



