|
|
|
|

Kanadanın paytaxtı Ottavada kiçik bir təyyarə hava limanı yaxınlığında qəzaya uğrayıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində baş verib.
Hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım xidmətləri cəlb olunub. Təyyarədə neçə nəfərin olduğu və ya xəsarət alanların olub-olmadığı barədə hələlik rəsmi məlumat verilməyib.
Ottava polisi, hava limanı yaxınlığında baş verən qəza səbəbilə bəzi yolların nəqliyyata bağlandığını açıqlayıb.
Hadisə yerinin yaxınlığında yaşayan bir şəxs tərəfindən paylaşılan fotoda təyyarənin ağacların arasına sıxışmış vəziyyətdə olduğu görünür.
Ləman İlkin



