|
|
|
|

Kamboca hökuməti ABŞ prezidenti Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürməyi planlaşdırır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kambocanın Baş nazir müavini Sun Çantol bildirib.
Onun fikrincə, Trampın vaxtında müdaxiləsi olmasaydı, Tailandla silahlı münaqişə hələ də davam edirdi. Bu üzdən rəsmi Pnompen ABŞ prezidentinin sözügedən mükafata layiq görülməsi üçün yaxınlarda Nobel mükafatı Komitəsinə rəsmi müraciət göndərəcək.
Qeyd edək ki, buna kimi İsraillə İran arasında münaqişənin tənzimlənməsindəki roluna görə respublikaçı konqresmen Baddi Karyer və İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon da Trampın namizədliyi ilə bağlı komitəyə müraciət ediblər.
L.Tağıyeva



