|
|
|
|

"Rusiya iyul ayında Ukrayna ilə apardığı bu mənasız müharibədə 20 minə yaxın əsgər itirib".
525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb.
Ağ Ev rəhbəri əlavə edib ki, Rusiya 2025-ci ilin yanvarından bu yana 112 min 500 əsgər, Ukrayna isə 8 min əsgərini itirib.
"Bu rəqəmə itkin düşənlər daxil deyil. Ukrayna mülki vətəndaşlarını da itirib, lakin daha az sayda, çünki Rusiya raketləri Kiyevə və digər Ukrayna hədəflərinə düşür. Bu müharibə baş verməməli idi", - Tramp söyləyib.
O, bir daha xatırladıb ki, bu, Baydenin müharibəsidir və sadəcə olaraq müharibəni necə dayandırmağın yollarını axtarır.
Pərvanə Sultanova



