|
|
|
|

"Alaska Airlines" aviaşirkətinin 4 bələdçisi "Boeing" şirkətini məhkəməyə verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şirkətin istehsalı olan "737 MAX 9" markalı təyyarənin havada ikən qəza qapısının açılması olub.
Hadisə 2024-cü il yanvarın 5-də baş verib. Təyyarə havada ikən qapı açılıb və sonradan qopub. Bu, təyyarənin iş rejiminə ciddi təsir göstərməklə, bələdçi qızların da xəsarət almalarına səbəb olub.
Ötən ilin fevralında bu tip halları araşdıran Nəqliyyatda Təhlükəsizlik Milli İdarəsi (NTSB) qəzanın şirkətin günahı üzündən yaşandığı barədə rəy verib. Belə ki, istehsal zamanı qapının boltları yaxşı bərkidilməyib.
Qeyd edək ki, NTSB hələ də araşdırmaları davam etdirir. Yekun rəydən sonra məhkəmə qərar çıxaracaq.
L.Tağıyeva



