|
|
|
|

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfər edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp açıqlamasında deyib.
O, səfərin çərşənbə və ya cümə axşamına təsadüf edəcəyini bildirib.
“Bu səfər Qəzzada humanitar vəziyyətə, o cümlədən ərzaqların çatdırılmasına yönəlib. Rusiya tərəfi görüşə maraq göstərib”, - deyə ABŞ lideri qeyd edib.
İbrahim Cəfərov



