|
|
|
|

Almaniyada məişət zorakılığı qurbanlarının sayı rekord həddə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ildə 256 942 zorakılıq hadisəsi qeydə alınıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Bu rəqəm əvvəlki illə müqayisədə 3,7 faiz artımdan xəbər verir.
Mütəxəssislər bildirirlər ki, məişət zorakılığı adətən şəxsi məkanlarda baş verdiyindən real rəqəmlər göstəriləndən daha artıqdır. Həmçinin Almaniyada 2023-cü ildə qadın qətllərinin sayı əvvəlki ilə nisbətən üç dəfə artıb. Ölkədə demək olar ki, hər gün bir qadın öldürülür.
Almaniya Ailə İşləri Nazirliyindən bildirilib ki, zorakılığın artmasına səbəb sosial böhranlar və fərdi problemlərdir.
İbrahim Cəfərov



