|
|
|
|

Yeni Zelandiyada avtobus səfəri zamanı çamadanın içindən 2 yaşlı qız uşağının tapılması ilə əlaqədar bir qadın polis tərəfindən saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sərnişinlərdən biri baqaj bölməsinə daxil olmaq istədikdə üzə çıxıb.
Polisdən bildirilib ki, avtobus sürücüsü çamadanın hərəkət etdiyini hiss edərək dərhal məsələ barədə aidiyyəti orqanlara məlumat verib. Açıqlamada qeyd olunub: “Sürücü çamadanı açdıqda içindən 2 yaşlı azyaşlı qız çıxıb”.
27 yaşlı qadın uşağa qarşı pis rəftar və laqeydlik ittihamı ilə məhkəməyə çıxarılacaq.
Ləman İlkin



