|
|
|
|

Yəmənin cənubunda yerləşən Ebyen vilayəti sahillərində qeyri-qanuni miqrantları daşıyan bir qayığın batması nəticəsində ölənlərin sayı 55-ə yüksəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ebyenin Zənzibar bölgəsinin səhiyyə müdiri Əbdülqadir Bacmilin verdiyi məlumata görə, qəzada həyatını itirənlər arasında bir yəmənli də var. Bacmil bildirib ki, ölənlərin hamısı dəfn olunub, qayıqda isə 100-dən çox efiopyalı qeyri-qanuni miqrant olub və onlarla şəxs hələ də itkindir. Axtarış-xilasetmə işləri davam etdirilir.
Əvvəlki məlumatlarda təhlükəsizlik mənbələri, Ebyen sahillərində baş verən qəza nəticəsində 20 nəfərin öldüyünü, onlarla insanın isə itkin düşdüyünü bildirmişdi.
Ləman İlkin



