|
|
|
|

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstə üzvlərinin həyata keçirdiyi hücumlar nəticəsində 5 nəfər həyatını itirib, 50 nəfər isə qaçırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dəstə üzvləri Zamfara ştatına bağlı 16 ayrı bölgədə silahlı hücumlar təşkil ediblər.
Hadisə nəticəsində 5 nəfər həlak olub, 50 nəfər isə naməlum silahlı şəxslər tərəfindən girov götürülüb.
Ləman İlkin



