|
|
|
|

ABŞ-ın Kaliforniya ştatında Los Padres Milli Meşəsində davam edən yanğınlar 12 min hektardan çox ərazini külə çevirib.
525.az xəbər verir ki, səlahiyyətlilər əyalətin Santa Barbara və San Luis Obispo bölgələrində davam edən yanğınla bağlı açıqlama verib. Belə ki, açıqlamada: “Yanğın sıldırımlı və sərt ərazilərdə aktiv alov cəbhələri və yanğınsöndürmə resursları üçün əhəmiyyətli problemlər yaradır” - deyib.
Qeyd edək ki, yanğının 12 min hektardan çox ərazini əhatə etdiyini söyləyən rəsmilər, ətraf ərazilərdə yaşayan təxminən 70 nəfərin təxliyə edildiyini bildirib.
Məhəmməd Tağıyev



