|
|
|
|

Cənubi Koreya sərhədi boyunca Şimali Koreya əleyhinə təbliğat yayımları aparan səsgücləndiriciləri yığışdırmağa başlayıb.
525.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada yeni prezident Li Jae Myung-un vəzifəyə başlaması ilə atılan bu addımın hərbi hazırlığa təsir etmədən Koreyalararası gərginliyi azalda biləcək praktiki tədbir olduğu bildirilib.
Müdafiə Nazirliyinin mətbuat katibi Li Kyunq-ho bu qərarla bağlı iki ölkənin hərbçilərinin arasında əvvəlcədən məsləhətləşmə aparmadığını deyib. Bundan əlavə, potensial böhran vəziyyətində səsgüclündiricilərin yenidən işə salınıb-yerləşdirilə biləcəyi barədə heç bir məlumat verilməyib.
Gələn tənqidlərə son dərəcə həssas qalan Pxenyan administrasiyası səsgücləndiricilərin yığışdırılması ilə bağlı hələlik açıqlama verməyib.
Məhəmməd Tağıyev



