|
|
|
|

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkmənistana işgüzar səfər edib.
525.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, səfər Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə baş tutub.
Ş.Mirziyoyev avqustun 5-də BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında, Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət görüşünə hazırlıqla bağlı xüsusi tədbirdə iştirak edəcək. Özbəkistan lideri, həmçinin bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Pərvanə Sultanova



