|
|
|
|

İngiltərənin paytaxtı Londonda, içində 12 min ədəd “Samsung Galaxy” markalı telefon olan yük maşını oğurlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hitrou Hava Limanı yaxınlığında baş verib.
Oğurlanan cihazlar arasında 5 min ədəd “Galaxy Z Fold7” və “Z Flip7” modelləri, 5 min ədəd “Galaxy Watch8” və həmçinin “Galaxy S25” və “Galaxy A16” seriyasına aid məhsullar olub.
Yük maşınındakı məhsulların ümumi dəyərinin təxminən 9,6 milyon dollar olduğu bildirilir.
Ləman İlkin



