|
|
|
|

ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində bir məclisdə baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Los Anceles Polis İdarəsinin rəsmisi şəhərdə keçirilən bir şənliyə yerli vaxtla saat 01:00 radələrində silahlı hücum edildiyini açıqlayıb.
Rəsmilərin verdiyi məlumata görə, hücum zamanı Qreqori Derisso adlı şəxs hadisə yerində, 52 yaşlı bir qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı yaralanan 6 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.
Hazırda hücum edən şəxsin kimliyi müəyyənləşdirilməyib və istintaq davam edir.
Ləman İlkin



