|
|
|
|

Rumıniyanın sabiq prezidenti İon İliesku bu gün 95 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya hökuməti rəsmi məlumat yayıb.
İliesku müalicə aldığı Professor Aqrippo İonesku adına xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, İon İliesku ayrı-ayrılıqda 3 dəfə - 1989-1992, 1992-1996 və 2000-2004-cü illərdə Rumıniya dövlətinə başçılıq edib.
L.Tağıyeva



