|
|
|
|

“Ukrayna böhranının nizamlanması prosesi kritik həddə çatıb”.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin ölkənin baş diplomatı Van Yi ilə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Selso Amorim arasında keçirilən telefon danışığından sonra yaydığı açıqlamada deyilir.
Tərəflər Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Çin və Braziliyanın birgə təklif etdiyi “Altı bəndli konsensus” böhranın təsirlərinin azaldılmasında müsbət rol oynayıb. Bu təşəbbüsü dəstəkləyən “Sülh Dostları” qrupu, o cümlədən Qlobal Cənub ölkələri obyektiv və rasional səslər ifadə edərək, dialoq və danışıqların inkişafı üçün müsbət səylər göstəriblər.
“Çin Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyir. Rusiya və Ukrayna danışıqlara başlamaqla irəliyə doğru mühüm addım atıblar”, - XİN bəyan edib.
Pərvanə Sultanova



