|
|
|
|

Əlcəzairin şərqindəki Çiçel şəhərində meşə yanğınlarının kəşfiyyatı və monitorinqi üçün istifadə edilən kiçik mülki müdafiə təyyarəsinin qəzaya uğraması nəticəsində biri xarici ölkə vətəndaşı olmaqla 4 nəfər ölüb.
525.az xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Baş İdarəsi mövzu ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada, kiçik kəşfiyyat və meşə yanğınlarına nəzarət edən təyyarənin Çiceldəki Ferhat Abbas hava limanı yaxınlığında qəzaya uğradığı bildirilib.
Qeyd edək ki, qəzada Mülki Müdafiə Hava Bölməsinin komandiri, polkovnik Rıdvan Berci, kursant Pilot Süheyb Qalayi və “Air Tractor” şirkətindən adı açıqlanmayan uçuş məktəbinin təlimatçısı Çili vətəndaşının həyatını itirdiyi bildirilib.
Məhəmməd Tağıyev



