|
|
|
|

İtaliyada dünyanın ən uzun asma körpüsü inşa olunacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya hökuməti Messina boğazından keçən 3,3 kilometrlik layihəni təsdiqləyib.
Asma körpünün tikintisi üçün 13,5 milyard avro ayrılacaq.
İtaliyanın nəqliyyat və infrastruktur naziri Matteo Salvini bildirilib ki, onilliklərlə davam edən planlaşdırmadan və gərgin müzakirələrdən sonra Nazirlər Kabineti nəhayət ki, Messina boğazı üzərində dövlət tərəfindən maliyyələşdirilən körpünün tikintisinə yaşıl işıq yandırıb: “Bu, dünyanın ən uzun asma körpüsü olacaq. Körpü Siciliya və Kalabriyanın yoxsul bölgələri üçün inkişaf sürətləndiricisi rolunu oynayacaq”.

Körpü iki mərkəzi dəmir yolu xətti və hər iki tərəfdən üç zolaqlı yollarla layihələndirilib. Körpünün asma uzunluğu 3,3 kilometr olacaq və hündürlüyü 400 metr olan iki qülləni əhatə edəcək.
2032-ci ildə başa çatdırılması planlaşdırılan körpü iki tektonik plitəni birləşdirən bir bölgədə ən müasir mühəndislik texnologiyası ilə tikiləcək və güclü küləklərə və zəlzələlərə tab gətirə biləcək.
İtaliya hökuməti körpünün iqtisadi artıma səbəb olacağına ümid edir. Həmçinin Salvini layihənin on minlərlə iş yeri yaradacağını vəd edib.
İbrahim Cəfərov



