|
|
|
|

Qəzzada humanitar yardım daşıyan yük avtomobili aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yardım almağa cəhd edən 20 nəfər ölüb.
Hadisə Nuseyrat yaxınlığındakı qaçqın düşərgəsində baş verib. Avtomobilin bir qrup insanın üzərinə aşdığı bildirilir. Yaralananlar olsa da, onların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, son zamanlar Qəzzada sürücülər üçün ciddi təhlükə yaranıb. Buna səbəb bir qrup silahlı insanın humanitar yardım daşıyan avtomobilləri qarət etməsidir.
L.Tağıyeva



