|
|
|
|

Fransanın cənubunda yerləşən Od vilayətində baş verən və indiyədək 13 min hektarlıq ərazini külə çevirən meşə yanğını ilə mübarizə işləri davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, vilayətin Riboat qəsəbəsində dünən başlayan yanğın güclü külək və yüksək temperaturun təsiri ilə qısa müddətdə minlərlə hektar əraziyə yayılıb.
Hazırda yanğının söndürülməsi üçün təxminən 2 min yanğınsöndürən, 2 təyyarə və 4 helikopter cəlb olunub.
Ləman İlkin



