|
|
|
|

ABŞ-nin Corciya ştatında yerləşən Ford-Stüart hərbi bazasında atışma olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bazada naməlum şəxs atəş açıb. Bu səbəbdən də bazaya giriş-çıxış məhdudlaşdırılıb.
Hadisə nəticəsində ölənlərin olduğu deyilsə də, hələlik konkret rəqəmlər açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-nin ən böyük hərbi bazalarından olan Ford-Stüartda minlərlə əsgər yerləşdirilib.
Ləman İlkin



