|
|
|
|

Amerikanın hava yolu şirkəti “United Airlines” baş verən texnoloji problem səbəbindən ABŞ üzrə bütün əsas uçuşlarını dayandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin əsas reysləri üçün qalxış məntəqələrindən müvəqqəti uçuşların dayandırılması qərarı verilib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəsmi saytında yer alan məlumata görə, bu hal Çikaqo, Denver, Hyuston, San-Fransisko və Nyu-Cersi kimi iri hava limanlarında ciddi pozuntulara səbəb olub.
Ləman İlkin



