|
|
|
|

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında görüşlə bağlı razılıq əldə olunub.
525.az xəbər verir ki, bu barədə yayılan məlumatlar Kreml tərəfindən təsdiqlənib.
Rusiyanın vitse-prezidenti Yuri Uşakov yaxın günlərdə Vladimir Putinlə Donald Tramp arasında görüş üçün razılıq əldə olunduğunu açıqlayıb.
Uşakov bu barədə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündən sonra bildirib. O qeyd edib ki, Uitkoff təkcə Putin və Trampın deyil, Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak edəcəyi üçtərəfli sammit təklifi ilə çıxış edib. Lakin Yuri Uşakov Moskvanın bu ideyaya münasibət bildirmədiyini vurğulayıb.
Sammitin yeri və vaxtı ilə bağlı heç bir təfərrüat açıqlanmasa da, bu, Rusiya ilə ABŞ arasında diplomatik təmasların sürətləndirilməsi kimi qiymətləndirilir.
İbrahim Cəfərov



