|
|
|
|

Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, tur mikroavtobusu Finike-Demre yolunda sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq qayalara çırpılıb. Nəticədə 17 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Finike və Demre bölgələrindəki xəstəxanalara çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



