|
|
|
|

Fransanın "France football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi ənənəvi "Qızıl top" mükafatına namizədlərin adları açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024/25-ci illər mövsümü üçün qalib adı uğrunda 3 nəfər əsas namizəd hesab edilir.
Bunlar "Mançester Siti"nin norveçli hücumçusu Erik Haaland, "Barselona"nın yarımmüdafiəçisi Lamil Yamal və "Real"ın fransalı hücumçusu Kilian Mbappedir.
Qeyd edək ki, qalibin adı sentyabrın 22-də Parisdə, "Şatl" teatrında düzənlənəcək mərasimdə açıqlanacaq.
L.Tağıyeva



