|
|
|
|

Portuqaliya hökuməti isti hava dalğası və meşə yanğınlarına qarşı 3 avqustda elan etdiyi və bu gün başa çatmalı olan fövqəladə vəziyyəti 13 avqusta qədər uzadıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, daxili işlər naziri Mariya Lusiya Amaral bildirib ki, 3 avqustdan etibarən qüvvədə olan bu rejim meşə yanğınlarına qarşı mübarizədə effektiv olub və yanğınların sayında azalma müşahidə edilib.
Onun sözlərinə görə, fövqəladə vəziyyətin uzadılması kənd təsərrüfatına dair qüvvədə olan qadağa və məhdudiyyətlərin də eyni qaydada davam edəcəyi anlamına gəlir.
Ləman İlkin



