|
|
|
|

İsrailin milli hava yolu şirkəti “El Al” Fransanın paytaxtı Parisdəki ofisinə qarşı keçirilən etiraz aksiyasından sonra binanı boşaltmaq qərarı verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar “El Al” şirkətinin Parisdə yerləşən ofisinin qapısına qırmızı sprey boyayla “El Al Soyqırım Hava Yolları” və “Fələstin qalib gələcək” sözlərini yazıblar. Həmçinin qapıya qanı simvolizə edən rəsmlər çəkilib.
Aksiyanın Fələstinə dəstək verən fəallar tərəfindən təşkil olunduğu bildirilir. Məsələ ilə bağlı Fransa polisinin şikayət aldığı da qeyd olunur.
Ləman İlkin



