|
|
|
|

Çinin Sincan Uyğur Muxtar bölgəsində faciə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, asma körpünün trosunun qırılması nəticəsində 5 nəfər həyatını itirib, 24 nəfər isə yaralanıb.
Rəsmilər hadisə ilə bağlı araşdırmaya başlandığını və bölgədə yerləşən turistik ərazinin müvəqqəti olaraq bağlandığını bildiriblər.
Ləman İlkin



