
Papua-Yeni Qvineyada 5.9 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.
Episentri Yeni İrlandiya adasında yerləşən zəlzələ təxminən 19 kilometr dərinlikdə baş verib.
Təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Həmçinin sunami təhlükəsi elan olunmayıb.
Qeyd edək ki, Papua Yeni Qine dünyada zəlzələlərin və vulkanik fəaliyyətlərin ən çox baş verdiyi ərazilərdən biri olan Sakit Okean “Od Halqası” üzərində yerləşir.
Ləman İlkin



