|
|
|
|

Danimarkanın cənub-şərqində yerləşən Kolding şəhərində bir özəl məktəbə silahlı hücum planlaşdırdığı iddia edilən 15 yaşlı oğlan şagird polis tərəfindən saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum planı üç şagird tərəfindən birlikdə hazırlanıb. Digər iki şübhəli ifadələrinin alınmasından sonra sərbəst buraxılıb.
15 yaşlı şübhəliyə qarşı adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Prokurorluğun tələbi ilə çıxarıldığı məhkəmə tərəfindən o, 4 həftəlik ilkin həbs cəzası alıb.
Ləman İlkin



