|
|
|
|

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində iki gündür davam edən güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirib, 33 nəfər isə itkin düşüb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin, bölgədə genişmiqyaslı axtarış-xilasetmə və selə qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş verib.
Bundan əlavə, leysan yağışları bəzi bölgələrdə elektrik və telekommunikasiya xidmətlərinin dayanmasına səbəb olub.
Ləman İlkin



