|
|
|
|

“Çin Rusiya və ABŞ arasında təmasların davam etməsindən və münasibətlərin yaxşılaşmasından məmnundur”.
525.az xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
O bildirib ki, Pekin Ukrayna böhranının siyasi həllinin təşviqini də təqdir edir.
Si Cinpin mürəkkəb problemlərin sadə həlli yollarının olmadığını vurğulayıb: “Vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Çin ardıcıl mövqeyə sadiq qalacaq, tərəflər arasında danışıqlara və barışın əldə olunmasına kömək edəcək".
Pərvanə Sultanova



