
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır.
525.az xarici KİV-ə istinadın xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
O qeyd edib ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə məlumatlandırıb.
Buna qədər isə ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb.



