https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda

UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la Macarıstanda keçiriləcək ilk oyununun hakimləri müəyyənləşib.

525.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona yan xətdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Juan Pineyru bir neçə gün bundan əvvəl UEFA Superkubokunda PSJ – “Tottenhem” oyununu idarə etmişdi. Həmin matçda azərbaycanlı FİFA referisi Elçin Məsiyev 4-cü hakim kimi fəaliyyət göstərmişdi.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 27-də Bakıda olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.