https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir"

"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir"

"İki komandanın gücü demək olar ki, bərabərdir. Lakin istədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik".

525.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un (Macarıstan) baş məşqçisi Robbi Kin bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib. 

O, "Qarabağ"ın yaxşı komanda olduğunu, lakin Çempionlar Liqasının Liqa məthələsinə vəsiqə şansını əldən verməməyə çalışacaqlarını bildiriib: "Belə matçlarda əsas olan qol buraxmamaqdır. Çünki öndə elə hücumçularımız var ki, mütləq qol vurmaq imkanlarımız olacaq. Rəqib yaxşı komandadır, lakin bu oyun klubumuz üçün böyük fürsətdir. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün o qədər də böyük şans olmayıb. Bu, həm futbolçu, həm də məşqçi kimi böyük motivasiyadır. Mən oyunçulardan intensivlik və ürəklə, ruhla mübarizə gözləyirəm".

Robbi Kin 2022-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la "Ferenesvaroş" arasında keçirilən oyunlara baxdiğını da qedy edib: "Üç il əvvəl "Qarabağ"la oyunu izləməmişdim. Bu isə tamamilə fərqli oyun olacaq. Hər iki komandanın yeni oyunçuları var. Əvvəlki Ceyms Bond filmlərinin heç biri sonuncusu ilə eyni deyil. Amma təbii ki, Azərbaycan çempionunun son oyunlarına baxmışam".

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.