
Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 351 nəfərə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində Xayber Paxtunxva əyalətində 328, Gilgit Baltistanda 12, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Belə ki, daşqınlar Buner, Svat, Mansehra, Bajaur və Battaqram kimi ərazilərdə evlərə, iş yerlərinə və infrastruktura ciddi ziyan vurub.
Qeyd edək ki, Xayber-Paxtunxva əyalətində bir çox ərazilər fəlakət bölgəsi elan edilib.
Məhəmməd Tağıyev



