
İspaniyada həddindən artıq istilər səbəbilə 2405 nəfər həyatını itirib.
525.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Günlük Ölüm İzləmə Sistemi (MoMo) məlumat yayıb. Bildirilib ki, bu yay 16 avqusta qədər qeydə alınan isti hava ilə bağlı ölüm halları ötən ilin göstəricilərini artıq geridə qoyub.
Statistikaya əsasən, 2024-cü ilin 15 may-30 sentyabr tarixləri arasında ölkədə 2012 nəfər həddindən artıq istidən ölmüşdü. Bu il isə yalnız 16 avqusta qədər bu rəqəm 2405-ə çatıb.
Təkcə avqustun ilk iki həftəsində 931 nəfərin istidən öldüyü bildirilir.
İspaniyada böyük meşə yanğınlarına da səbəb olan güclü istilik dalğasının həftəsonu ölkəni tərk edəcəyi gözlənilir.
Ləman İlkin



