
ABŞ-nın Baltimor limanında ciddi fövqəladə hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Patap çayı üzərində yerləşən bir yük gəmisində güclü partlayış qeydə alınıb.
Partlayışın səbəbinin gəminin aşağı hissəsində başlayan yanğın olduğu açıqlanıb.
Yanğınsöndürmə xidməti və xilasedicilər dərhal hadisə yerinə çatıblar və yanğının daha da yayılmasının qarşısını alıblar.
Eyni zamanda, gəmidə olan bütün şəxslər təhlükəsizlik tədbirlərinə uyğun olaraq təxliyə edilib.
Hazırda partlayışın dəqiq səbəbləri rəsmi qurumlar tərəfindən araşdırılır.
Ləman İlkin



