
Polşa ölkənin şərqində dron qəzasından sonra Rusiyaya rəsmi etiraz notası göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, hadisə avqust 20-də baş verib. Yerli vaxtla gecə saat 2 radələrində Lublin vilayətindəki Osiny kəndində qarğıdalı sahəsində partlayış qeydə alınıb. Qəzada yaxınlıqda evlərin pəncərələri dağılsa da, xəsarət alan olmayıb.
Dronun istehsalçı və modelinin müəyyən edilmədiyi, araşdırmaların davam etdiyi bildirilib.
Polşa müdafiə naziri Mariusz Kosiniak-Kamysz dronun Rusiyaya məxsus olduğunu iddia edib. Lakin bu məlumat hələ sübuta yetirilməyib.
Ləman İlkin



