
Yaponiyanın Honsu adasında 5.7 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri İsinomaki şəhərindən 76 km şimal-şərqdə olub. Zəlzələnin episentri isə 50 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Eləcə də sunami təhlükəsi elan olunmayıb.
İbrahim Cəfərov



