
Malayziyada ABŞ-ə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Kuantan şəhərində, Sultan Əhməd Şah hava limanında baş verib.
"McDonnell Douglas F/A-18 Hornet" markalı qırıcı təyyarə havaya qalxarkən qəzaya uğrayıb və alışıb. Pilot və pilot köməkçisi vaxtında katapult etdiklərindən sağ qalıblar. Hazırda hər ikisi həkim nəzarəti altındadır.
Qeyd edək ki, fakt Malayziya Kral Hərbi-Hava Qüvvələri tərəfindən təsdiqlənib. Qəzanın baş vermə səbəbləri araşdırılır.
L.Tağıyeva




