
Çinin şimalında yerləşən İçəri Monqolustan Muxtar Bölgəsində baş verən qəfil daşqın nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
525.az xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, itkin düşən son şəxsin də cəsədi xilasedicilər tərəfindən tapılıb.
Fəlakət ötən həftə Bayannur şəhərinin Urad Arxa Banneri ərazisində, çayın yuxarı axınında baş verib. Hadisə zamanı 13 nəfər çadır quran turist itkin düşüb, dörd nəqliyyat vasitəsi isə daşqın suları tərəfindən aparılıb.
Ötən ayın sonunda isə paytaxt Pekində baş verən güclü leysan yağışları nəticəsində azı 30 nəfər həyatını itirib. Yağışlar genişmiqyaslı daşqınlara, infrastrukturda dağıntılara və kütləvi təxliyələrə səbəb olub.
Ləman İlkin



