
Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
“Bəli, mən Baş nazirin sammitdə iştirakını təsdiqləyirəm”, - o deyib.
Xatırladaq ki, ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək. Sammitdə 20-dən çox dövlət başçısının və 10 beynəlxalq təşkilatın rəhbərinin iştirak edəcəyi gözlənilir.
Pərvanə Sultanova



