|
|
|
|

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatmasının vaxtını elan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim bu il dekabrın 5-də Vaşinqtonda Kennedi adına İfaçılıq Mərkəzində keçiriləcək.
Mundial 2026-cı ilin yayında 3 ölkədə - Kanada, Meksika və ABŞ-də təşkil olunacaq və ilk dəfə 48 ölkənin millisi iştirak edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Tramp vəziyyətdən asılı olaraq Rusiya prezidenti Vladimir Putini dünya çempionatına dəvət edəcəyini bildirmişdi
L.Tağıyeva



