
Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 06:59-da Elbistan rayonunda qeydə alınıb. Zəlzələ 19,74 km dərinlikdə baş verib.
Hər hansı dağıntı və ya təlafat barədə məlumat verilməyib.



