https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər -  FOTOLAR

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Olimpiya çempionlarımız – Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Laçın rayonuna səfər ediblər.

525.az xəbər verir ki, səfər çərçivəsində idmançılar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevlə görüşüblər. Görüşdə qonaqları salamlayan nümayəndəlik rəsmisi onları beynəlxalq yarışlarda qazandıqları uğurlar münasitəbi ilə təbrik edib, yeni nailiyyətlər arzulayıb.

Tədbir zamanı Laçında həyata keçirilən bərpa və tikinti işləri, köçürülən sakinlərin yerləşdirilməsi, həmçinin bölgədə yaradılan investisiya mühiti barədə geniş məlumat verilib.

Söhbət əsnasında idmanın gənclərin sağlam inkişafı və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasında oynadığı mühüm rol vurğulanıb. Olimpiya çempionlarının Laçına səfərinin bölgə gəncləri üçün böyük motivasiya mənbəyi olduğu xüsusi qeyd edilib.

Görüşün sonunda xatirə şəkilləri çəkilib.

Daha sonra tanınmış cüdoçular Laçın şəhəridə sakinlərlə görüşərək səmimi ünsiyyət qurublar.

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Olimpiya çempionlarımız Laçın rayonuna səfər ediblər - FOTOLAR

Şəkil sayı: 6
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.