https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. 

Futbolçusu milliyə ən çox dəvət alan klub "Qarabağ" olub. Ağdam təmsilçisindən 7 futbolçu heyətə çağırılıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Qismət Alıyev ("Zirə"), Elvin Bədəlov ("Neftçi"), Cəlal Hüseynov ("Arda" Bolqarıstan), Rəhman Daşdəmirov ("Sabah"), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev ("Zirə"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi"), Anatoli Nuriyev ("Sabah"), Ozan Can Kökçü ("Volendam" Niderland), Şahin Şahniyarov ("Qəbələ"), 

Hücumçular: Mahir Emreli ("Kayzerslautern", Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi "Qarabağ"), Renat Dadaşov ("Motor", Polşa), Xəyal Əliyev ("Sabah")

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.